Bilik Fondu Bakı Biznes Universitetində “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçirib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Bakı Biznes Universitetində "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi münasibətilə "Kitabi-Dədə Qorqud - Fon Dits -200" mövzusunda tədbir keçirib. 
Tədbir Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq reallaşdırılıb.
Bakı Biznes Universitetin müəllim və tələbə heyəti ilə görüşdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, aparat rəhbəri İsaxan Vəliyev, rektor, iqtisad elmləri doktoru, professor İbad Abbasov, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Universitetin rektoru İbad Abbasov Azərbaycanda elmə, təhsilə, mədəniyyətə daim böyük önəm verildiyini deyib. Rektor Bilik Fondunun həyata keçirdiyi layihələri izlədiyini, ölkə əhalisinin bütün sahələrdə maarifləndirilməsində Fondun gördüyü işlərin əhəmiyyətini vurğulayıb. Qorqudşünaslığın 200 illiyi ilə bağlı ölkə daxilində və xaricdə keçirilən bir-birindən maraqlı tədbirləri alqışladığını deyib. 
Bilik Fondunun fəaliyyəti barədə tədbir iştirakçilarina ətraflı məlumat verən icraçı direktor Oktay Səmədov “Kitabi-Dədə Qorqud” dastanının xalqımızın mənəvi sərvəti olduğunu qeyd edib, peşəsindən, ixtisasından asılı olmayaraq, hər bir azərbaycanlının dastan qəhrəmanlarını sevdiyini dilə gətirib.
Dövlət başçısının Sərəncamına uyğun olaraq Bilik Fondunun respublikanın müxtəlif bölgələrində silsilə tədbirlər həyata keçirdiyini diqqətə çatdıran
Möhsün Nağısoylu “Kitabi-Dədə Qorqud” dastanı haqqında geniş məlumat verib, onun dünya folklorunda və dastanşünaslığında tutduğu yerdən bəhs edib. Qorqudşünaslığın inkişaf istiqamətlərindən danışan alim müəllimləri və tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 01.12.2015

Son xəbərlər