“Qafqaz Albaniyasını öyrənirik”


Dekabr 2-də Bakı Slavyan Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və BSU-nun birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində dəyirmi masa təşkil olunub. Gənc nəsli elmi əsaslarla maarifləndirmək məqsədilə təşkil olunan tədbirdə BSU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Əsgər Əhməd çoxşaxəli mədəniyyətə malik olan Azərbaycanın tarixi inkişafı, dini inanacları, dinin cəmiyyətdəki rolu haqqında danışıb. 
Dəyirmi masada AMEA-nın əməkdaşları tarix elmləri doktoru Məhəbbət Paşayeva, tarix üzrə fəlsəfə doktorları Elnur Vəliyev və Ülviyyə Hacıyeva “Azərbaycan tarixində dinlər: xristianliğaqədərki dövr; xristianlıq; islam dini” mövzusunda muhazirə oxuyublar. Məruzəçilər BSU-nun professor-müəllim heyətini və tələbələri Azərbaycan multikulturalizminin ilkin təbəqələri ilə - xristianlığaqədərki dövr, xristianlıq və İslam dininin tarixi və mədəniyyəti ilə, eyni zamanda erkən orta əsrlərdə ölkəmizdə baş verən sosial-siyasi problemlərlə bağlı məlumatlandırıblar. Muhazirələrdə Azərbaycanın politeizmdən monoteizmə keçməsi, sosial hadisə olan dinin multikulturalizmin yaranmasında danılmaz rolu auditoriyanın diqqətinə çatdırılıb. Mühazirə tədbir iştirakçılarının böyük marağına səbəb olub, maraqlı müzakirələr aparılıb.

Tarix: 03.12.2015

Son xəbərlər