Bilik Fondu şəhid pilotların xatirəsini andı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə II Fəxri xiyabanda şəhid pilotların anım mərasimi keçirilib.
 
Mərasimdə Bilik Fondunun, Milli Aviasiya Akademiyasının, Müdafiyə Nazirliyinin müvafiq strukturlarının nümayəndələri, kursantlar, tələbələr və Fondun Könüllülər Birliyinin üzvləri iştirak ediblər. Tədbir iştirakçıları II Fəxri xiyabanda uyuyan şəhid pilotları ziyarət edib, onların məzarlarına çiçək dəstələri düzüblər.
 
Bu gün 2-4 aprel tarixlərində Erməni silahlı qüvvələrinin təxribatına cavab olaraq düşmən hücumunu dəf edərkən şəhid olmuş pilotlar mayor Təbriz Mustafazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılovun son uçuşlarının 40-cı günüdür.
 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun

İnformasiya təminatı sektoru

Tarix: 13.05.2016

Son xəbərlər