"Dədə Qorqud ruhu Qarabağda yaşayır" – elmi tur başladı


Marşrut: Bərdə-Ağcabədi-Beyləqan

13-14 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbyacan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı Slavyan Universiteti, Bərdə, Ağcabədi, Beyləqan rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə "Dədə Qorqud ruhu Qarabağda yaşayır" adı altında elm tur təşkil olunub.

Elmi tur çərçivəsində alimlər, tələbələr, məktəblilər, yerli ictimaiyyət nümayəndələri, media təmsilçilərinin iştirakı ilə Bərdə, Ağcabədi, Beyləqan rayonlarının tarixi abidələri ziyarət ediləcək, "Dəyirmi masa"lar, bilik yarışmaları, kitab təqdimatları olacaq.

"Bərdə "Kitabi-Dədə Qorqud"da və Qafqaz Albaniyası tarixində" mövzusunda dəyirmi masa və bilik yarışması Bərdə Heydər Əliyev Mərkəzində, "Azərbaycan multikulturalizmin ədəbi-bədii qaynaqları" və 25 dildə nəşr olunmuş ""Kitabi - Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitablarının təqdimatı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında, "Qafqaz Albaniyasının izi ilə" mövzusunda arxeoloq alimlərin mühazirələri Beyləqanın qədim Örənqala yaşayış məkanında keçiriləcək.  

Tədbirlərdə turun baş tutacağı rayonların icra hakimiyyətlərinin başçıları iştirak edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 13.05.2016

Son xəbərlər