"Formula-1" yarışlarının təbliğatı bu dəfə Biznes Universitetində


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Bakı Biznes Universitetinde Azərbaycanda keçiriləcək "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında "Formula-1" yarışlarının təqdimat mərasimi olub. 

Bilik Fondunun əməkdaşlarının iştirak etdikləri tədbirdə  Bakı Fan Klubunun rəhbəri Rəhim Əliyev “Formula -1” yarışları haqqında ətraflı məlumat verib.

“Formula -1” yarışlarının təbliğatı ilə əlaqədar görüşlər bu günə qədər ilk olaraq  Qafqaz Universitetinin, Bakı Ali Neft Məktətəbinin tələbələri ilə keçirilib. Məlumatlandırma tədbirləri davam edir. 

 

Tarix: 16.05.2016

Son xəbərlər