Bilik Fondu məktəbliləri uşaq yazarları ilə görüşdürdü – Slavyan liseyində


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

"İbtidaidən mükəmməlliyə biliklə”adlı tədbirdə Bilik Fondunun əməkdaşları - Ceyhun Musaoğlu, Şəlalə İsmayılova, Ramilə Qurbanlı və Elnarə Ağaoğlu, Məktəb Lisey Kompleksinin müəllim və şagird kollektivi, həmçinin, uşaq yazarları – Aygün Bünyadzadə, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Gülzar İbrahimova və Əfsanə Laçın iştirak ediblər.

Tədbirdə ibtidai təhsili bitirən məktəblilərə 50 adda kitab hədiyyə olunub.
Balacalar yazarların şeir və hekayələrindən ibarət kompozisiyalar təqdim ediblər.

Tarix: 24.05.2016

Son xəbərlər