Kilsədə multikulturalizm mühazirəsi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində Mixail Arxangelsk kilsəsində təlim keçən rusdillilər üçün "Multikulturalizm nədir" movzusunda mühazirə təşkil edib.

Mühazirəçi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Nəriman Qasımzadə dinləyicilərə multikulturalizm anlayışı, onun ehtiva sahələri, Azərbaycanın multikulturalizm modeli və tolerantlıq ənənələri haqqında ətraflı məlumat verib.

“Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində ölkəmizdə yaşayan rusdilli əhali üçün artıq iki ildir ki, ödənişsiz Azərbaycan dili kursları fəaliyyət göstərir. Kurslarda təcrübəli ali və orta məktəb müəllimləri dinləyicilərə Azərbaycan dilinin qrammatikiası və danışıq qaydalarını öyrədirlər. Artıq kursu bitirən 40 nəfər dinləyiciyə sertifikatlar təqdim olunub.

Tarix: 18.05.2016

Son xəbərlər