Nardaran Bilik Evində xarici avtomobil ustaları dərnəyi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Nardaran və Maştağadan olan avtomobil ustalığına marağı, müəyyən bilik və praktiki bacarığı olan gənclər bu kursa cəlb edilib.

 "Auto Azerbaijan" şirkətinin Bakıdakı təlim mərkəzində keçirilən kursda ilkin olaraq 9 gənc təlimə başlayıb. Kursun fəaliyyətə başlaması münasibəti ilə şirkətdə keçirilən mərasimdə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, məsləhətçi İslam İslamzadə, "Auto Azerbaijan" şirkətinin texniki meneceri Sənan Məmmədov, təlimçi Qurban Məmmədov çıxış edərək layihənin əhəmiyyətindən, perspektivlərindən danışıb, kursa qatılanlara uğurlar arzulayıblar.

Tarix: 19.05.2016

Son xəbərlər