SOS Uşaq Kəndində Bilik Fondunun “Qiraət saatı”


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Ramazan bayramı ərəfəsində  SOS Uşaq kəndində olub. Fond Kəndin kitabxanasında  kiçik yaşlı məktəblilər üçün “Qiraət saatı” təşkil edilib. Uşaq yazarı, BMT-nin “Təbəssüm” mükafatçısı Aygün Bünyadzadə balaca oxucularına öz nağıllarını oxuyub. Onun qiraətinə maraqla qulaq asan uşaqlar yazara danışdığı nağıllar və onların qəhrəmanları  barədə müxtəlif suallar veriblər. Yazar uşaqların suallarını cavablandırdıqdan sonra onlara –bəs, aranızda nağıl, hekayə, şeir yazan varmı?-deyə tədbiri daha da canlandırıb.  Məktəblilərdən bir-neçəsi  yazdıqları nağıl və hekayələri həmyaşıdları qarşısında nəql ediblər. Aygün Bünyadzadə yazar uşaqlara öz tövsiyyələrini verib. Sonra  uşaqların istəyi  ilə “Qırmızıpapaq” nağılı onların ifasında səhnələşdirilib. Kimisi qızrmızıpapağı oynayıb, kimisi nənəni, kimisi də canavarı.

Tədbirin sonunda  uşaqlar vətənpərvərlik mövzusunda, anaya, dostluğa aid mahnılar  ifa ediblər. Bilik Fondu uşaqlara Aygün Bünyadzadənin kitablarını hədiyyə edib.

SOS Uşaq kəndində yaşayan 73 uşaq Bilik Fondunun əməkdaşlarından yay tətili günlərində onlara tez-tez baş çəkməyi və boş vaxtlarını belə səmərəli, əyləncəli keçirməyə yardımçı olmalrını xahiş ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun

İnformasiya Təminatı sektoru

Tarix: 05.07.2016

Son xəbərlər