“Mədəni müxtəliflik tolerantlıq müstəvisində” mövzusunda konfrans keçiriləcək


İyulun 14-də Qobustan rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Qobustan Rayon İcra Hakimiyyəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Mədəni müxtəliflik tolerantlıq müstəvisində” mövzusunda konfrans keçiriləcək.

Tədbirdən öncə Gənclər Mərkəzinin qarşısında Qobustan rayonu gənc idmançılarının nümunəvi çıxışları, rayon bədii özfəaliyyət kollektivlərinin təqdimatı nəzərdə tutulur.

Konfransda Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, təşkilatçı qurumların əməkdaşları, Qobustan ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər. 

Tarix: 12.07.2016

Son xəbərlər