Bakı SOS Uşaq Kəndində “Sağlam həyat tərzi” təbliğatı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikası Səhiyyə  Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə Bakı SOS Uşaq Kəndləri Assiosasiyasının 1 saylı Gənclər Evində tədbir keçirib.

Mərkəzin həkim metodisti Nərgiz Kərimova Gənclər Evinin yeniyetmə qızları ilə “Sağlam həyat tərzi” mövzusunda söhbət aparıb. Tütünçəkmə, spirtli içkilərə meyl, təsadüfi cinsi əlaqələrin yeniyetmə qızların gələcəyi üçün yarada biləcəyi fəsadlar barədə informasiya verilib. Həkim-metodistdən müfəssəl məlumatlar alan gənc qızlar onları maraqlandıran problemlərə də cavab ala biliblər.

Görüşün sonunda  müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan Respublikasının  Prezidenti yanında  Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı, məsləhətçisi Şəlalə İsmayılova iştirak ediblər.

Azərbaycan Respublikasının  Prezidenti yanında 

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 05.09.2016

Son xəbərlər