Azərbaycan multikulturalizmi fənni dünyanın 15 ali məktəbində tədris edilir


"Azərbaycan multikulturalizmi bu gün model kimi dünyanın bir çox ölkələrində öyrənilir".

Trend-in məlumatına görə, bunu AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla deyib.

Onun sözlərinə görə, 2016-ci il "Multikulturalizm ili" elan edilib, lakin cari il başa çatmayıb, böyük işlər görülüb: "Azərbaycan multikulturalizmi fənni 2 semestr ərzində dünyanın 15 ali məktəbində tədris edilir. Artıq "Multikulturalizm" jurnalı işıq üzü görüb. Universitetlərimizdə multikulturalizmlə bağlı kafedralar açılır".

Tarix: 08.09.2016

Son xəbərlər