Bilik Fondu tələbələrin Fuad Poladovla görüşünü təşkil etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu mütəmadi olaraq gənclərin yaradıcı insanlar - mədəniyyət və incəsənət xadimləri ilə görüşünü təşkil edir. Fondun təşkilatçılığı ilə bu dəfə Bakı Ali Neft Məktəbində xalq artsiti Fuad Poladovla görüş keçirilib.

Qonaqları BANM-nin prorektoru professor Ramiz Hümbətov salamlayıb və Fuad Poladovun yaradıcılığı haqqında müfəssəl məlumat verib. 

Sonra xalq artisti onu sevənlərlə baş-başa buraxılıb. Tələbələr aktyora müxtəlif suallar verib cavablar alıblar. Tədbirdə xalq artistinin sənət taleyi ilə bağlı fikir mübadiləsi aparılıb,həm kinoda, həm də teatrda yaratdığı obrazların müzakirəsi olub. Tələbələr Fuad Poladovun sevdiyi şair Ramiz Rövşənin şeirlərini onun üçün ifa ediblər.

Tarix: 15.10.2016

Son xəbərlər