Sağlam həyat tərzinin təbliği


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə “Sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə Bilik Fondunun nümayəndəsi Vidadi  Rzayev, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Rüfət Rəhimov və Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi polkovnik Rüfət Əmirov çıxış ediblər.

Məruzəçilər sağlam həyat tərzi ilə bağlı maraqlı məlumatlar verib, zərərli vərdişlərin insan orqanizmində törətdiyi fəsadlardan danışıblar. Narkomaniya və tütün istfadəçilərinin sağlamlıqlarına vurduqları zərər ilə əlaqədar göstərilən  videoçarx maraqla izlənilib.

Tədbirdə liseyin zabitləri ilə yanaşı, 350 nəfər kursant da iştirak edib.

Bilik Fondu ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arasında imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən, mütəmadi olaraq müxtəlif müəssisə və təşkilatlarda “Sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 19.10.2016

Son xəbərlər