Bilik Fondunun “ASAN xidmət” mərkəzi ilə birgə tədbiri


Bilik Fondu İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birlikdə “ASAN xidmət” mərkəzində mühazirə təşkil etdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birlikdə əhalinin tibbi  maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. 

Bu tədbirlərdən biri İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisinin iştirakı ilə 29 oktyabr tarixində 4 saylı Bakı “ASAN xidmət” mərkəzində keçirilib.  “ASAN xidmət” əməkdaşlarının qarşısında həkim-mütəxəssis Nərgiz Kərimova “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici mühazirə ilə çıxış edib.

Tədbirə dinləyici qismində 1, 2, 3, 4, 5 saylı və Sumqayıt şəhər “ASAN xidmət” mərkəzlərinin əməkdaşları bilavasitə, Sabirabad, Masallı, Gəncə, Bərdə və Qəbələ “ASAN xidmət” mərkəzlərinin əməkdaşları isə onlayın formada qatılıblar.

 

Tarix: 29.10.2016

Son xəbərlər