“Kaspi” qəzetinin əməkdaşları Bilik Fondunun qonağı olublar


135 yaşlı maarifçi “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və əməkdaşları Lalə Musaqızı, Rufik İsmayılov bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar. 

Qonaqlar Bilik Fonduun icraçı direktor Oktay Səmədov, İnformasiya Təminatı sektorunun müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçisi Ramilə Qurbanlı və Perspektiv inkişaf və layihələri monitorinqi qrupunun rəhbəri Ceyhun Musaoğlu ilə görüşüblər.

Görüşdə Azərbaycanda maarifçiliyin tarixi, bu günü və bu sahədə görülən işlərlə bağlı maraqlı müzakirələr olub. Həmçinin Bilik Fondu ilə “Kaspi” qəzeti arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tarix: 28.10.2016

Son xəbərlər