Azərbaycan dilini öyrənən ruslar poeziya gecəsində


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İl boyu bilik" proqramı çərçivəsində Rus Pravoslav kilsələrində artıq ikinci ildir davam edən  "Azərbaycan dilini öyrənirik" layihəsi üzrə dil kursunun dinləyiciləri noyabrın 5-i Bilik Fondunda ədəbi məclisdə iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov dinləyiciləri salamlayaraq, onların maraqlarının rəhbərlik etdiyi qurum tərəfindən daim qorunacağını, dil öyrənməklə yanaşı, Azərbaycan və dünya mədəniyyəti ilə yaxından tanış olmaları üçün kurs iştirakçılarına dəstək olacaqlarını bildirib.

Tədbirdə Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini, əməkdar mədəniyyət xadimi Rafiq Kaşanlı iştirakçılara dahi rus şairi Yevqeni Aleksandroviç Yevtuşenkonun həyat və yaradıcılığı barədə maraqlı məlumatlar verib və şairin Azərbaycan dilinə tərcümə olaunan şeirlərini səsləndirib.

"Azərbaycan dilini öyrənirik" layihəsinin dinləyiciləri də öz növbələrində rus şairinin şeirlərini Azərbaycan dilində söyləyiblər. 

Tarix: 05.11.2016

Son xəbərlər