Bilik Fondu “Kitabxanada bir gün” adlı tədbir keçirib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Kitabxanada bir gün” adlı tədbir keçirilib. 

Tədbirdə Bakı şəhərində yerləşən kitabxanaların və məktəb kitabxanalarının nümayəndələri iştirak ediblər.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova bu günün əhəmiyyətindən bəhs edərək, kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb, tədbirin təşkiltçılığına görə Bilik Fonduna təşəkkürünü bildirib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Beynəlxalq Məktəb Kitabxanaları günü münasibətilə kitabxanaçıları təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Sonra icraçı direktor Bilik Fondunun kitab və kitabxanalarla bağlı gördüyü işlərdən, keçirilən tədbirlərdən danışıb. 
MEK-in Kitabxana-Xidmət şöbəsinin Fondların mühafizəsi bölməsinin əməkdaşı Adilə Məmmədova “Nadir kitab fondu”nda mühafizə olunan "Miniatür kitab kolleksiyasını" təqdim edib.
Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Fondun təşəbbüsü və dəstəyi ilə ingils dilinə tərcümə olunaraq dərc edilən Azərbaycan nağılları toplusunu təqdim edib. Bildirib ki, nağıllar Bilik Fondunda təcrübə keçən ali məktəb tələbələri tərəfindən tərcümə olunub və nağıllara illüstrasiyaları da balaca rəssamlar çəkiblər. 
Daha sonra MEK-in Kitabxana-Xidmət şöbəsinin Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva tərəfindən sentyabr-oktyabr ayları ərzində kitabxanaya daxil olan yeni sənədlərin təqdimatı olub. 
Sonda bir qrup kitabxanaçı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 27.10.2016

Son xəbərlər