"Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız" adlı tədbir keçirilib


Hərb Tarixi Muzeyində Azərbaycan Respublikasının Dövlət Bayrağının qəbul edilməsinin 98-ci ildönümünə həsr olunmuş "Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız" adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı Vidadi Rzayev iştirak edib. Dövlət rəmzləri və atributları haqqında çıxışlardan sonra "Müstəqilliyimizin üç rəngi" adlı sənədli film nümayiş olunub. Tədbir Xətai rayon Mədəniyyət Mərkəzinin təqdimatında bədii hissə ilə davam edib.

Tarix: 07.11.2016

Son xəbərlər