Bakıda “Tolerantlıq örnəyi Azərbaycan: gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib


Noyabrın 14-də Bakıda “Tolerantlıq örnəyi Azərbaycan: gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib.

Konfrans 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması və bununla bağlı ölkə Prezidenti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rəhbərliyi, Milli Məclisin deputatları, qeyri-hökumət və gənclər təşkilatlarının sədrləri, dini icma nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gənclər arasında təşviqi olub.

AZƏRTAC

Tarix: 14.11.2016

Son xəbərlər