Bilik Fondunun könüllüləri "Ölkəmizi tanıyaq" layihəsinə qoşuldular


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” adlı növbəti maarifləndirici tur-aksiyaya noyabrın 11-də  Ucar rayonundan başlanıb.

Rayonun ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan şagirdlər və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ucar rayon könüllüləri Qəbələ, Şəki, Zaqatala bölgəsinə ekskursiya ediblər.

Şagirdlər Ucar Heydər Əliyev Mərkəzindən Qəbələ, Şəki, Zaqatala rayonlarına bölgəsinə yola düşüblər. Yolboyu Ucar məktəblilərinə Zərdab, Kürdəmir, Sabirabad, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul rayonu məktəbliləri də qoşulub.

Bilik Fondunun Ucar rayon nümayəndəsi, 5 nömrəli tam orta məktəbin direktoru Hakim Həcəfov tur-aksiyasının təşkili işlərində yaxından iştirak edib.  

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 15.11.2017

Son xəbərlər