Bilik Fondunun təcrübəçiləri icra hakimiyyətlərinin iş prinsipləri ilə tanış olublar


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda elmi-tədqiqat təcrübəsi keçən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "İnzibati İdarəetmə" fakültəsində təhsil alan II kurs magistrantları Yasamal və Binəqədi rayon icra hakimiyyətlərində, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında olublar.
 
Təcrübəçilər Yasamal Rayon İcra Hakimiyyəti İnformasiya təminatı və təhlili sektorunun müdiri Ədalət Xəlilov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnurə Mansurovla görüşüblər.
 
Dövlət qurumunun struktur bölmələri ilə ilə yaxından tanış olan magistrantlara, müxtəlif sahələr üzrə məsul şəxslərin funksiyaları haqqında ətraflı məlumat verilib, vətənadaşlarla dövlət qulluqçularının işgüzar münasibətlərinin hansı müstəvidə qurulması qaydaları izah edilib.
 
Növbəti görüş Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının, rayon İcra Hakimiyyətinin inzibati binalarında baş tutub. İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Aslanov təcrübəçilərə YAP-ın yaranma və inkişaf tarixindən, Ümummilli lider Heydər Əliyevin partiyanın quruculuğu istiqamətində yorulmaz fəaliyyətindən danışıb. Binanın infrasrukturu ilə tanışlıqdan sonra İcra Hakimiyyətinə gələn təcrübəçilər aparatın sturukturu, şöbələr, bölmələr, sektorlar haqqında məlumatlandırılıblar.
 
Məsul şəxslər inzibati idarəetmənin qaydalarının mənimsənilməsinə dəstək məqsədi ilə keçirilən görüşlərdə təcrübəçilərin suallarına ətraflı cavablar veriblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

 
Tarix: 14.11.2018

Son xəbərlər