Bilik Fondunda Milli Dirçəliş və Beynəlxalq Tələbə Günü qeyd olunub


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Könüllülər Birliyi 17 Noyabr – Milli Dirçəliş və Beynəlxalq Tələbə Gününü qeyd ediblər. Fondda keçirilən tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Bilik Fonunun icraçı direktoru Oktay Səmədov tədbiri açaraq hər iki əlamətdar gün haqqında ətraflı məlumat verib və gəncləri təbrik edib. Fondun ölkədaxili və ölkəxarici fəaliyyətindən danışan icraçı direktor könüllüləri qarşıda görüləcək bütün işlərdə fəal olmağa çağırıb. Bildirib ki, Bilik Fondu könüllülərlə əməkdaşlığa böyük önəm verir və yönümdə  aparılan işləri genişləndirmək fikrindədir. Azərbaycan Dövlət  Dillər Universitetinin tələbəsi, Fondun könüllüsü  Gülnar Xəlilova Beynəlxalq Tələbə Gününün qeyd edilməsinin dünya təcrübəsindən söhbət açıb. Çıxışlardan sonra gənclər öz könüllülük fəaliyyətləri ilə bağlı hazırladıqları video-çarxı təqdim ediblər. Tədbir tələbələrin ifasında bədii hissə ilə davam edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun

İnformasiya Təminatı sektoru

Tarix: 17.11.2016

Son xəbərlər