ELAN: ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22 may 2017- ci il saat 11:00-da 2017-2018-ci tədris ili üçün ölkənin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlərin Abşeron Heydər Əliyev Mərkəzində Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, təcrübəli psixoloq Elnur Rüstəmovla “Abituriyentlərin qəbul imtahanlarına psixoloji hazırlığı” mövzusunda görüşü keçiriləcək.
 
Tədbirə Abşeron rayonunda fəaliyyət göstərən məktəblərin psixoloqları, müəllimləri, buraxılış sinif şagirdləri və onların valideynləri dəvət olunurlar. Ali məktəblərə birinci qəbul imtahanında 600-dən çox bal toplamış abituriyentlərə Bilik Fondu tərəfindən kitablar hədiyyə olunacaq.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 18.05.2017

Son xəbərlər