“Yazmağı bacaracaqsan”


06.04.2015

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramı üzrə “Yazmağı bacaracaqsan” layihəsi start götürür. Layihə çərçivəsində jurnalist ixtisasına yiyələnmək istəyən abituriyentlərə ödənişsiz kurslar təşkil ediləcək.

İlk təlim 7 aprel, saat 12-00-da Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçiriləcək. 
Təlimə Bakı və Azərbaycanın 7 rayonundan olan abituriyentlər qatıla biləcəklər.

Abituriyentlər filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli ilə görüşəcəklər.
Qeydiyyatdan keçən abituriyentlər iştirak edə bilərlər.

Ünvan: Yasamal r-nu, Şərifzadə küç., 75
Telefon: 012-561-71-41, 012-561-60-41, 050-302-23-77

Tarix: 16.04.2015

Son xəbərlər