Elan: Bakıda Beynəlxalq Ərəb Dili Günü keçiriləcək


Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin

Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun

birgə təşkilatçılığı ilə 18 dekabr saat 16:30-da Mərkəzdə

Beynəlxalq Ərəb Dili Günü

münasibətilə tədbir keçiriləcək.

Tədbirdə Misirin Süveyş Kanalı Universitetinin

ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi

və Misirin məşhur xəttatı Mustafa Məhəmməd Amri iştirak edəcəklər. Tədbir çərçivəsində ərəb xəttatlıq sənətinin nümunələrindən ibarət

sərgi nümayiş etdiriləcək.

İştirak etmək istəyənlər (012) 561 12 17 nömrəli telefonla

əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər.

 

Təşkilat komitəsi

 

Tarix: 13.12.2017

Son xəbərlər