ELAN


ELAN

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun

birgə təşkilatçılığı ilə 8 iyun 2018-ci il tarixində

Akademiyanın Muzey-Sərgi Kompleksində

“SAF RƏNGLƏR”

V Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı Festivalı

keçiriləcəkdir.

Festivalda 3 yaşdan 16 yaşa qədər uşaq və yeniyetmələrin

təsviri sənətin bütün janrları

(həmçinin kompüter dizaynı və kompüter animasiyası)

üzrə əl işləri nümayiş etdiriləcək.

 

Rəsmlər və eksponatlar 2018-ci ilin 30 may tarixinə qədər

Rəssamlıq Akademiyası və Bilik Fondunda qəbul edilir.

 

Festivalda iştirak etmək istəyənlər 2018-ci il aprelin 30-dan gec olmayaraq adramuseum@gmail.com ünvanına ərizə ilə müraciət edə bilərlər.

 

Festival aşağıdakı nominasiyalar üzrə keçirilir:

˜ Azərbaycan

˜ Mənim ölkəm

˜ İdman

˜ Təhlükəsiz dünya – gələcəyin nəqliyyat vasitələri

˜ Eko-mədəniyyət

˜ Oyuncaq və transformerlər

˜ Rabitə və informasiya

 

Festivala hazırlıq mərhələsində 2018-ci ilin 30 may tarixinədək

ADRA Muzey-Sərgi Kompleksində Festivalın proqramına uyğun mövzularda səfirlik və diplomatik nümayəndəlik əməkdaşlarının övladları üçün

ödənişsiz ustad dərsləri təşkil olunmuşdur.

 

Əlaqə: +994 (012) 5665669 - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

            +994 (012) 5391012 - Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu

 

Təşkilat Komitəsi

Tarix: 17.04.2018

Son xəbərlər