ELAN


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
“Ailəliklə kitabxanaya” birgə layihəsi çərçivəsində
“Ən zəngin ev kitabxanası olan ailə
müsabiqəsini elan edirlər.
Müsabiqədə iştirak etmək istəyən ailənin üzvü ev kitabxanasının fotoşəklini çəkib
01 dekabr 2018-ci il tarixinədək  evkitabxanasi@gmail.com
elektron poçt ünvanına göndərə bilər.
Müsabiqənin yekununda ən zəngin ev kitabxanası olan ailə
təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyə ilə mükafatlandırılacaq.

 

Müsabiqənin şərtləri:

  • Fotolar 2048/1536 ölçüdə təqdim olunmalıdır.
  • Fotolara zəruri məlumatlar (ad, soyad, əlaqə telefonu, ünvan) qeyd edilməlidir.
  • Hər ailə müsabiqəyə iki foto təqdim edə bilər.
  • Təşkilat Komitəsi yalnız orijinal fotoları qəbul edəcəkdir.

Qeyd. Bu məqsədlə Təşkilat Komitəsinin üzvləri tərəfindən qalib seçilmiş ailənin ev kitabxanasına baxış keçirilməsi nəzərdə tutulur.

Əlavə məlumat üçün:
(012) 539 11 91 (Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu)
(012) 493 79 62 (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi)

Tarix: 04.06.2018

Son xəbərlər