Bilik Fondunun könüllülərinin nəzərinə


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun könüllülərinin nəzərinə

Bakıda keçirilən Birinci Avropa Oyunları möhtəşəmliyi ilə tarix yazdı. Avropa Oyunlarında azərbaycanlı könüllülərin iştirakı xatirələrdən heç vaxt silinməyəcək. Onların arasında Bilik Fondunun könüllüləri də var. Könüllülərimizin bu möhtəşəm idman bayramında iştirakı yüksək qiymətləndirilib. Birinci Avropa Oyunlarında iştirak edən könüllülərimiz Bilik Fondunun təşəkkürnamələrinə layiq görülüb.
Əziz könüllülər, Sizi 2015-ci il, iyulun 1-də saat 12:00-da Bilik Fondunda gözləyirik. 
Xahiş olunur iştirak edəcəyinizi təsdiqləyəsiniz.
Tel :(070) 261 60 41
(012) 561 71 41

Tarix: 29.06.2015

Son xəbərlər