"Oxuyaq, oxudaq"


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Könüllüləri "İlboyu bilik" proqramı çərçivəsində "Oxuyaq, oxudaq" adlı aksiya keçirəcək. Aksiya 3 məkanda - marketdə, bazarda və avtovağzal ərazisində olacaq. Könüllülər satıcılara, taksi sürücülərinə kitab hədiyyə edəcək, bir müddət sonra onlarla yenidən görüşüb, həmin kitabları oxuyub-oxumadıqlarını öyrənəcəklər.
Könüllülərimizdən xahiş olunur, aksiyaya an azı 5 kitabla qatılsınlar. Kitablar rus, azərbaycan dilində, latın və kiril əlifbası ilə ola bilər. 
Aksiyanın keçirilmə tarixi: 22 sentyabr, saat 12:00
Könüllülərin toplanacağı məkan : Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu. 
Bakı.şəh.,A.Gəraybəyli küç,7
Əlaqə nömrələri : Tel.: (+99412) 561-60-41 , (+99455) 717 -20-61

Tarix: 19.09.2015

Son xəbərlər