Şəmkir Bilik Evində Konstitutsiya Günü tədbirləri


Noyabrın 11- də Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik Evinin birgə təşkilatçılığı ilə Şəmkir rayon Cahangir Rüstəmov adına tam orta məktəbdə və Dəllər qəsəbə Zaur Abbasov adına tam orta məktəbdə 12 noyabr - Konstitutsiya Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
 
Tədbirdə Şəmkir Heydər Əliyev Mərkəzinin əməkdaşı Fərqanə Hüseynova rus bölməsinin şagirdləri üçün Konstitusiyamızın yaranma tarixi, ona edilən dəyişikliklər, bu dəyişikliklərin əhəmiyyəti mövzusunda mühazirə səsləndirib, bu mövzular ətrafında şagirdlərlə müzakirələr aparılıb.
Tarix: 11.11.2016

Son xəbərlər