QİÇS-lə mübarizəyə həsr olunan mühazirə - Şəmkirdə


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik Evinin birgə təşkilatçılığı ilə 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar Şəmkir rayon Nizami Gəncəvi adına tam orta məktəbdə maarifləndirici tədbir və tədbirin davamı kimi Şəmkir Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkilliyinin Gəncə Regional şöbəsinin nümayəndələri, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, tibb işçiləri və məktəblilər iştirak ediblər. Tədbirdə çıxış edən QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Səyyarə Nadirova, Respublikasının İnsan Hüquqları üzrə Müvəkilliyinin Gəncə Regional şöbəsinin müdiri Səbuhi Abbasov, Şəmkir rayon Mərkəzi xəstəxanasının yolxucu xəstəliklər şöbəsinin müdiri Fəxrəddin Hüseynov iştirakçılara QİÇS xəstəliyi, onun ilkin əlamətləri, QİŞS-dən qorunma və bu xəstəliyə qarşı mübarizə yolları barəsində məlumat verib, onların suallarını cavablandırıblar.

Müzakirələr Şəmkir Heydər Əliyev Mərkəzində dəyirmi masa arxasında davam etdirilib. Tədbirin keçirilməsində məqsəd QİÇS xəstəliyinin qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmasına dəstək olmaq və əhalinin maarifləndirilməsidir.​

Tarix: 01.12.2016

Son xəbərlər