Şəmkir Bilik Evində Ulu öndərin anım mərasimi keçirildi


Dekabrın 2-i Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik Evinin birgə təşkilatçılığı ilə Şəmkir rayon Düyərli kənd tam orta məktəbində 12 dekabr Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Şəmkir Heydər Əliyev Mərkəzinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Şəmkir Heydər Əliyev Mərkəzinin əməkdaşı Fəxri Yusibov, məktəbin müəllimləri Sədaqət Ələsgərova və İradə Nağıyeva çıxış edərək, Ulu öndərin həyat və fəaliyyəti, gördüyü işlər, Azərbaycanın çiçəklənməsinə verdiyi töhfələr barəsində şagirdlərə məlumat vermiş, ümumilli liderin əziz xatirəsinin daima qəlbimizdə yaşayacağına əminliklərini vurğulamışlar. Çıxışlardan sonra məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya iştirakçılara nümayiş etdirilib. Şagirdlərin çıxışlarının ardından, iştirakçılar Ulu öndərin həyat və fəaliyyətini əks etdirən “Dahi şəxsiyyət” sənədli filminə tamaşa ediblər.

Tarix: 02.12.2016

Son xəbərlər