Şamaxıda “Ümummilli lider Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda konfrans keçirilib


Dekabrın 9-da Şamaxı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və azərbaycançılıq” mövzusunda konfrans keçirilib. Konfransda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, mədəniyyət işçiləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirakı ediblər.

Tədbirdən əvvəl iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə çiçək dəstələri düzüblər.
Sonra Mərkəzdə Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən fotolar nümayiş olunub.
Tədbiri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova açaraq Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və inkişafındakı tarixi xidmətlərindən danışıb, bu təcrübənin dərindən öyrənilməsinin zəruriliyini qeyd edib, Ümummilli lider Heydər Əliyev siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, ölkəmizdə qazanılan nailiyyətləri diqqətə çatdırıb.


Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev çıxış edərək ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycanın keçdiyi çətin və şərəfli yoldan danışıb, Ümummilli lider Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil etdiyini vurğulayıb. Ulu Öndərin bu sahə üzrə toplanmış zəngin irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün örnək olduğunu, uzun illər öz dövlətçiliyindən və milli mənəvi köklərindən ayrı salınmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyəti və ideya-siyasi baxışlarının çox böyük rolu olduğunu qeyd edib.
Tədbirdə rayon Polis Şöbəsinin rəisi Şahin Mirzəyev, rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, rayon Ağsaqqallar Şurasının sədi Mayıl Alıcanov, rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov çıxış ediblər. Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimində güclü dövlət anlayışı və bütün atributları ilə birgə dövlətin iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapıb. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirib, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim -azərbaycançılıq ideologiyasını da yaradıb.

 

Tarix: 09.12.2016

Son xəbərlər