Naftalan şəhərində “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı keçirilib


Fevralın 7-də Naftalan şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, rusiyalı politoloq, hüquqşünas alim Oleq Yuryeviç Kuznetsovun müəllifi olduğu «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» kitabının    təqdimatı keçirilib.

Qonaqlar öncə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsini ziyarət edib, Naftalan şəhər Heydər Əliyev Mərkəzi, “Xatirə Kompleksi”ndə olublar.

Naftalan şəhər S.Vurğun adına 2 nomrəli tam orta məktəbdə keçirilən tədbirdə müəlliflə yanaşı, şəhər icra hakimiyyətinin nümayəndələri,təhsil işçiləri, tarixçilər, şəhərin fəal gəncləri iştirak ediblər.

Müəllif erməni terrorizminin dünyanı daim təhlükədə saxladığını deyib və xalqları gələcək faciələrdən qurtarmaq üçün bu məkrli siyasətin ifşa olunmasının vacibliyini önə çəkib.

Tədbir iştirakçıları O. Kuznetsova kitabında erməni terrorizmini və xalqımıza qarşı törədilən cinayətləri əhatəli işıqlandırdığına görə, təşəkkürlərini bildiriblər.

Tarix: 08.02.2017

Son xəbərlər