Kürdəmirdə Beynəlxalq Ana Dili Günü qeyd edildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin direktoru Vüqar Nəsirovun  təşəbbüsü ilə 21 Fevral Beynəlxalq Ana dili Günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, rayonun digər məktəblərinin təmsilçiləri, yerli ziyalılar və faəl gənclər, Rayon Ağsaqqallar Şurasının üzvləri də iştirak ediblər.

Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini İlhamə Balayeva, ana dili müəllimi Lalə Ələkbərova, sinif müəllimləri Fidan Hüseynova, Arzu Nəsirova iştirakçılara ana dilimizin incəliyi, zənginliyi ilə bağlı ətraflı məlumat veriblər.

Məktəblilərin hazırladıqları musiqili-ədəbi-bədii kompozisiya böyük maraqla qarşılanıb.

Tarix: 21.02.2017

Son xəbərlər