Lənkəranda dini maarifləndirmə tədbiri oldu


Aprelin 7-də Lənkəran şəhər 4 nömrəli Humanitar Təmayüllü Məktəb Liseyində  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran şəhər Təhsil şöbəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun   Lənkəran numayəndəliyinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər 4 nömrəli Humanitar Təmayüllü Məktəb Liseyində “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

1 və 4 nömrəli Sutəmurdov kənd tam orta məktəblərinin pedaqoji və şagird kollektivlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov açıb.

Tədbirdə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini, dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Lənkəran şəhər Təhsil Şöbəsinin məsləhətçisi Ramin Hüccətov, Lənkəran şəhər 4 nömrəli Humanitar Təmayüllü  Məktəb Liseyin direktoru, Bilik Fondunun  Lənkəran numayəndəsi Yeganə Əskərova Azərbaycandakı tolerant mühitin xalqın həyat tərzinin nümunəsi olduğunu bildiriblər.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən  “Fitnə” filmi göstərilib. 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 07.04.2017

Son xəbərlər