Aprel şəhidləri Kürdəmir nümayəndəliyində anıldı


Aprelin 7-də Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Kürdəmir Rayonu üzrə nümayəndəliyinin təşəbbüsü ilə Kürdəmir şəhər T. İsmayılov adına 1 saylı tam orta məktəbdə Aprel doyüşlərinə həsr olunmuş "Zəfər tariximizin aprel səhifəsi" adlı tədbir keçirilib.

Tədbirdə məktəbin məzunu şəhid Əbubəkir İsmayılovun atası Vüqar İsmayılov, Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndəsi Razim Rahov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi polkovnik Həbib Əliyev, məktəb valideyn komitəsinin sədri Seyfəddin Balayev, Qarabağ müharibəsinin veteranları, rayonun ümumtəhsil məktəblərinin pedaqoji və şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlardan sonra şagirdlərin iştirakı ilə ədəbi-bədii kompazisiyalar nümayiş olunub. 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 07.04.2017

Son xəbərlər