Kürdəmirdə "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfrans


Mayın 5-də Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz"  mövzusunda elmi-praktik konfrans keçirilib.

Rayon ziyalılarının iştirakı ilə keçirilən konfransda Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli, Bilik Fondunun nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi Vüqar Nəsirov çıxış ediblər.

Bilik Fondunun Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirləri haqqında ətraflı məlumat verən  M.Nağısoylu Ulu Öndərin Azərbaycan elminə göstərdiyi böyük qayğıdan, bu qayğının nəticəsi olaraq, alimlərin daha ruhla elmi araşdırmalar, tədqiqtlar aparmalarından danışıb.

Natiq bildirib ki, azərbaycanlıların milli-mənəvi dəyərlərinə sadiqliyinin əbədiyyət qazanması məhz Heydər Əliyevin yürütdüyü siyasətlə bağlıdır. 

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 05.05.2017

Son xəbərlər