Bilik Fondu Qubada "Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə təşkil edib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə bölgələrdə “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda silsilə mühazirələr təşkil edib.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev Bilik Fondunun təşkilatçılığı ilə Quba Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə deyib. Tədbirdə rayon icra hakimiyyətinin, ictimai təşkilatların təmsilçiləri, bölgədəki media nümayəndələri və yerli gənclər iştirak ediblər.

Tədbiri Quba rayon İcra hakimiyyətinin baş məsləhətçisi Cabbarov Seyid açaraq bildirib ki, Ümummilli liderin anadan olmasının 94-cü ildönümü rayonda geniş şəkildə qeyd edilir, müxtəlif tədbirlər keçirilir. Bilik Fonudunun təşkilatçılığı ilə keçiriən bu mühazirə də həmin tədbirlərin tərkib hissəsidir.

Öz növbəsində məruzəçi Ümummilli liderin Azərbaycan mətbuatına münasibəti, mətbuatın inkişafı ilə bağlı atdığı addımlar, jurnalistikaya və jurnalistlərə verdiyi dəstək barədə danışıb. Qeyd edilib ki, müstəqillik illərində Azərbaycan mətbuatının formalaşması, mükəmməl qanunvericilik bazasının yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dövründə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda senzura ləğv olunub, mətbuata dövlət dəstəyinin əsası qoyulub.

İlham Quliyevin mühazirəsini dinləyicilər maraqla qarşılayıb. Tədbir dinləyicilərin mühazirəçiyə verdiyi suallarla, müzakirə şəklində davam edib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 10.05.2017

Son xəbərlər