“Azərbaycanın dövlət müstəqiliyinin 25 ili: yekunlar və gələcəyə baxış”


Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Şamaxı rayon nümayəndəliyinin təşəbbüsü ilə Fondun "Elmi maarifləndirmə" proqramı çərçivəsində Şamaxı Dövlət Regional Kollecində tədbir keçirilib.

18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru, Bilik Fondunun lektorlar qrupunun üzvü  İnşallah Qafarov  müəllim və tələbə kollektivinə “Azərbaycanın dövlət müstəqiliyinin 25 ili: yekunlar və gələcəyə baxış” mövzusunda mühazirə söyləyib.

Kollecin tədris işləri üzrə direktor müavini Vaqif Eyyubov tədbiri giriş sözü ilə açaraq, təhsil ocağında mütəmadi keçirilən görüşlər barədə məlumat verib və bildirib ki, Bilik Fondu ilə əməkdaşlıqdan məmnundurlar.  

Fondun Şamaxı rayonu üzrə nümayəndəsi Gülnurə Babaşova təmsil etdiyi qurumun maarifçilik fəaliyyətindən danışıb.

İ.Qafarov mühazirəsində Azərbaycanın müstəqillik tarixində qazandığı nailiyyətlərdən söz açıb. İqtisadçı alim Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin həm daxili, həm də xarici siyasətinin uğurla davam etdiyni, iqtisadi inkişafın insan kapitalının formalaşmasında mühüm rol oynadığını, Azərbaycanın regionda lider dövlətə çevrildiyini bildirib.

Sonda Bilik Fondunun tələbələr arasında təşkil etdiyi inşa müsabiqəsinin qaliblərinə diplom və təşəkkürnamələr verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

 

Tarix: 17.10.2017

Son xəbərlər