Füzuli məktəbliləri Dövlət Müstəqilliyi Gününü qeyd etdilər


18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Füzuli rayon nümayəndəsi, Horadiz şəhər T.Mehdiyev adına 2 nömrəli tam orta məktəbin direktoru Ləman Əliyevanın  təşəbbüsü və təşkilatçılığı ilə Horadiz şəhər 3 nömrəli tam orta məktəbində tədbir keçirilib.

Bilik Fondunun nümayəndəsi məktəbin şagird və müəllim kollektivinin iştirak etdyi tədbiri giriş sözü ilə açaraq, ölkənin müstəqillik tarixi haqqında ətraflı məlumat verib. Tarix müəllimi Kənan Quliyev, Ədəbiyyat müəllimi Tural Nəbiyev Azərbaycanın inkişafında yeniyetmə və gənclərin rolundan danışıblar.

Tədbirin bədii hissəsində şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, kompazisiyalar nümayiş etdiriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

 

 

 

Tarix: 18.10.2017

Son xəbərlər