Şirvanda “İslamda vətən sevgisi” mövzusunda tədbir keçirilib


Noyabrın 13-də Şirvan şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə “İslamda vətən sevgisi” mövzusunda tədbir keçirilib.
 
Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov dövlət-din müasibətləri barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, o cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı siyasətin nəticəsində Azərbaycanın dünya dövlətlərinə tolerantlıq nümunəsi olması ilə bağlı fikirlərini dinləyicilər ilə bölüşüb.
 
Tədbirdə ““İslamda vətən sevgisi”” mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə ölkəmizdə dini dəyərlərə dövlət qayğısı barədə məlumat verib. İslam dininin əxlaqi-mənəvi prinsipləri, xüsusilə də vətənpərvərliyə verdiyi önəmlə bağlı mülahizələrini diqqətə çatdırıb. Azərbaycanda tolerant mühit, vəhdət, İslam həmrəyliyi və bu ideyalara qarşı yönəlmiş təhdidlər haqqında danışıb.
Tarix: 13.11.2017

Son xəbərlər