“Dinin siyasiləşməsi: siyasi və ideoloji təhlükə kimi” - Tərtətrdə tədbir


Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tərtər Rayon İcra Hakimiyyətinin, birgə təşkilatçılığı ilə “Dinin siyasiləşməsi: siyasi və ideoloji təhlükə kimi” mövzusunda tədbir keçirilib.

Tərtər rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov, Komitənin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri Sadiq Cəfərov və rayon məktəblərinin müəllimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan  E.Umudov rayondakı dini durum barədə məlumat verib.

DQİDK-nın şöbə müdirinin müavini A. Axundov nümunəvi dövlət-din münasibətlərindən danışıb. Din pərdəsi altında dinin siyasiləşdirilməsi cəhdlərinin yolverilməz olduğunu deyən A.Axundov bunun ağır nəticələrə səbəb olduğunu vurğulayıb.

Məruzə ətrafında çıxış edən “Cümə” məscidi dini icmasının sədri S.Cəfərov dövlətin dinə olan qayğısından söz açıb.

Heydər Əliyev Mərkəzinin direktoru S.Yusifova dini tolerantlıq mövzusunda danışıb. DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri çıxışında dindarları dövlətin və cəmiyyətin inkişafında yaxından iştirak etməyə çağırıb.  

 

Tarix: 16.11.2017

Son xəbərlər