“İslam Həmrəyliyi İli”ndə məscid, kilsə və sinaqoqlara iki mindən çox kitab hədiyyə edilib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İslam Həmrəyliyi İli” ilə bağlı bölgələrdə həyata keçirdiyi tədbirlər çərçivəsində Quba rayonunun İkinci Nügədi kənd məscidinə 50-dən çox kitab hədiyyə olunub.

Dini icma üzvləri, ictimaiyyət nümayəndələri və yerli sakinlərin iştirak etdiyi tədbirdə bölgənin tarix, mədəniyyət, etnoqrafiya, dini abidələrinə həsr edilmiş mühazirə dinlənilib.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla bildirib ki, 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Prezident Administrasiyası rəhbərinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrasına cavabdeh qurumlardan biri də Bilik Fondudur. Tədbirlər Planına müvafiq olaraq Bilik Fondu tərəfindən məscid, kilsə və sinaqoqlara dini həmrəyliyi təbliğ edən, azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə xidmət edən 2 mindən çox kitab hədiyyə edilib. Məscidlərə verilən bütün kitablar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə nəşr edilmiş nəfis tərtibatlı, yüksək poliqrafik keyfiyyətdə buraxılıb. “Məscid kitabxanası” təkcə dindarlar üçün deyil, hər bir kitabsevərin üzünə açıqdır.

Məscidin imamı hacı İlkin Qayıbov bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsinin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği, həmçinin dini radikallığın, onu törədən səbəblərin aradan qaldırılması sahəsində birlikdə koordinasiyalı işləri öz müsbət nəticəsini verir.

Sonra dinləyicilərin sualları cavablandırılıb. Tədbir iştirakçıları Bilik Fondunun belə maarifləndirici tədbirlərinin yerlərdə razılıqla qarşılandığını, xüsusilə kəndlərdə belə görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 19.11.2017

Son xəbərlər