Şamaxıda Ulu öndərin xatirəsi anıldı


Dekabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Şamaxı rayon nümayəndəliyi və Şamaxı rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Sabir qəsəbə tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə iştirakçılar Ümummilli liderin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

Tədbirdə Şamaxı rayon Təhsil Şöbəsinin metodkabinet müdiri Ağakərim Ömərov, Bilik Fondunun yerli nümayəndəsi Gülnurə Babaşova,  esse müsabiqəsinin qalibləri məruzələrlə çıxış edərək, Ümummilli liderin Azərbaycan xalqına göstərdiyi misilsiz xidmətlərdən söz açıblar.  

Rayonun müxtəlif məktəblərinin direktorları, tədris
hissə müdirləri, müəllimləri və şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə qaliblərə Təhsil Şöbəsinin diplomları təqdim olunub.

Sonda Ulu öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub. 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 11.12.2017

Son xəbərlər