20 yanvara həsr olunan sərgi - İsmayıllı


Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər keçirir. 

Yanvarın 15-də Fondun "Qardaşlaşmış məktəblər" layihəsinin iştirakçısı olan İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbdə şəhidlərin xatirəsinə həsr edilmiş rəsm sərgisi təşkil olunub. Sərgidə məktəblilərin 20 Yanvar hadisələrini əks etdirən rəsmləri nümayiş olunub.

Məktəbin direktoru, Bilik Fondunun yerli nümayəndəsi Elçin Məmmədov şagirdlərə 1990-cı ilin qanlı Yanvar hadisələri ilə bağlı ətraflı məlumat verərək bu günü Azərbaycanın müstəqillik yolunun şərəfli səhifəsi kimi dəyərləndirib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 16.01.2018

Son xəbərlər