"Heç kəs unudulmur, heç nə yaddan çıxmır"


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın tələblərindən irəli gələrək, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlərini davam etdirir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Quba rayonu üzrə nümayəndəsi Sara Məmmədovanın təşəbbüsü və təşkilatçılığı ilə Quba şəhər texniki təmayüllü liseydə "Heç kəs unudulmur, heç nə yaddan çıxmır" mövzusunda tədbir keçirilib.
 
Tədbiri giriş sözü ilə açan Quba şəhər 3 nömrəli tam orta məktəbin direktoru Sara Məmmədova cari ilin may ayında 4 yaşını qeyd edəcək Fondun fəaliyyəti, o cümlədən rayonda keçirdiyi çoxsaylı tədbirlər barədə danışıb, Fondun “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində həyata keçirilən bu tədbirin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə xidmət etdiyini diqqətə çatdırıb.
 
Liseyin tarıx müəllimi, respublikanın əməkdar müəllimi Elxan Məmmədov 1918-ci ildə ermənilərin törətdikləri soyqırımında Quba rayonunun üzləşdiyi ağır faciələrdən, bölgədə erməni-daşnak, bolşevik-rus terror dəstələrinə qarşı aparılan partizan savaşından, İkinci Dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə qubalı gənclərin göstərdiyi igidliklərdən, Qarabağ müharibəsində, xüsusilə 2016-cı ilin qalibiyyətli aprel döyüşlərində qubalı gənclərin ön cəbhədə göstərdikləri şücaətdən danışıb. Azərbaycanın pərakəndə xanlıqlarını özünün rəhbərliyi altında birləşdirməyə çalışan Qubalı sərkərdə Fətəli xanın dövlətçiliyimizə sədaqət və qəhrəmanlıq ənənələrinin bu gün də layiqincə davam etdirildiyi vurğulanıb.
 
Liseyin direktoru Gülzar Eyyubova tədbirdə çağırışçı gənclərin də iştirak etdiyini bildirərək, onlara vətənin müdafiəsində uğurlar diləyib, Bilik Fondunun maarifləndirici layihələrinin əhəmiyyətini qeyd edib.
 
Liseyin şagirdləri Aysel Əhmədova və İlqarə Mirzəyevanın çıxışları da maraqla qarşılanıb.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 16.03.2018

Son xəbərlər