Ucarda məktəblilər soyqırım mövzusunda məlumatlandırıldı


Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, martın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ucar rayonu üzrə nümayəndəsinin təşəbbüsü ilə şəhər 5 nömrəli tam orta məktəbdə tədbir kecirilib.
 
Tədbirdə Fondun yerli nümayəndəsi, məktəbin direktoru Hakim Nəcəfov təhsil ocağının müəllim və şagird kollektivinə, ermənilərin törətdikləri soyqırım hadisələri haqqında məlumat verərək, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetini və Daşnaksütun Partiyasını təmsil edən erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı qətliamlar həyata keçirdiklərini xatırladıb. O, soyqırım nəticəsində on minlərlə insanın qətlə yetirildiyini və itkin düşdüyünü bildirib.
 
Tədbirdə vurğulanıb ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
 
Sonda məktəblilərin ifasında vətənpərvər mövzulu şeirlər səsləndirilib.
 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat xidməti
Tarix: 29.03.2018

Son xəbərlər