Şamaxıda "Heydər Əliyev və Müasir Azərbaycan" mövzusunda elmi-praktiki konfrans keçirildi


Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 95-ci ildönümünə və Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Müasir Azərbaycan" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində keçirilən konfransın iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Babaqədir Qədirov, Şamaxı Təhsil Şöbəsinin metodkabinet müdiri Ağakərim Ömərov, Sabir qəsəbə İcra nümayəndəsi Ramiz Məmmədov, Azərbaycan Pedaqoji Universitetinin Şamaxı filialının və Şamaxı Regional Kollecinin, Şamaxı İncəsənət Təhsili Mərkəzinin müəllim, tələbə, şagird kollektivi, rayon məktəbliləri, Qobustan Rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak ediblər.

Qonaqalar Sabir qəsəbə tam orta məktəbi və Şamaxı İncəsənət Təhsil Mərkəzi şagirdlərinin hazırladığı əl işləri və rəsm sərgisi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə Bilik Fondunun Şamaxı rayon nümayəndəsi Gülnurə Babaşova açaraq, qonaqları təqdim edib.

Konfransda iştirak edən rəsmi qonaqlar, müəllim tələbə və şagirdlər "Heydər Əliyev və Müasir Azərbaycan" mövzusunda fikirlər səsləndirib ölkəmizin Xalq Cümhuriyyətinin varisi olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu varisliyin inamla davam etdirildiyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarına Şamaxı İncəsənət Təhsil Mərkəzi şagirdlərinin hazırladıqları konsert proqramı təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 02.05.2018

Son xəbərlər